» » Ərdoğan İrandan imtina etdi?


Ərdoğan İrandan imtina etdi?

26-03-2015, 20:39
Oxunub: 606
Çap et
Ərdoğan İrandan imtina etdi?Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın gündəmin əsas mövzuları ilə bağlı açıqlamalar verib.

milliyyet.az anspress-ə istinadən bildirir ki, İbrahim Kalın Yəməndə yaşanan hadisələr nəticəsində prezident Rəcəb Tayyib Ərdoğanın İran səfərinin ləğv olunmayacağını bildirib.

Onun sözlərinə görə, İran Türkiyənin ən böyük ticarət partnyoru olduğundan prezidentin səfərinin böyük əhəmiyyəti var:

"Aprel ayında prezidentin İrana səfəri baş tutacaq. Baş verənlər də bu səfəri daha əhəmiyyətli edir. Yəməndə prezident ölkədən qaçmaq məcburiyyətində qaldı. Körfəz ölkələri hadisəyə müdaxilə etdi. Arzumuz bu prosesin siyasi dialoqla həll edilməsidir. Ətrafımızda kifayət qədər qan var.

Biz həmişə məzhəb ayrılığina qarşı olmuşuq. Biz heç bir ölkəni məzhəbinə görə qiymətləndirmirik. Nüvə müzakirələrində Braziliya və Türkiyənin davranışı ortadadır. 2011-ci ildə bizim ortaya qoyduğumuz təklifləri 4 il sonra özləri səsləndirilər. 4 il əvvəl bizə İran tərəfdarı deyənlər bu gün müzakirələrə qatılan ölkələrə irançı demirlər".

Ərdoğanın sözçüsü hakim partiya daxilində yaşanan son gərginliyə də münasibət bildirib. İbrahim Kalın prezidentin Bülent Arınç və Melih Gökçek arasındakı mübahisəyə müdaxilə etmədiyini deyib.

Kürd probleminin həll prosesinin Ərdoğa tərəfindən dəstəkləndiyini söyləyən İbrahim Kalın ən əsas şərtlərinin PKK-nın silahı yerə qoymaq olduğunu bildirib.



Reytinq: