» » İsrail Macarıstanın “Eurovision-2015” müsabiqəsindəki mahnısına etiraz edib


İsrail Macarıstanın “Eurovision-2015” müsabiqəsindəki mahnısına etiraz edib

23-03-2015, 20:18
Oxunub: 608
Çap et
“Heç nədən müharibə”.
İsrail Macarıstanın “Eurovision-2015” müsabiqəsindəki mahnısına etiraz edib
İsrail Macarıstanın “Eurovision-2015” mahnı müsabiqəsindəki mahnısını etirazla qarşılayıb.

milliyyet.az APA-ya istinadən xəbər verir ki, buna səbəb müğənni Boqlarka Çemenin ifa etdiyi “Heç nədən müharibə” (“Wars For Nothing”) kompozisiyasında Qəzza sektorunda gedən müharibədən söz açılmasıdır.

Mahnının sözlərində İsrailin 2014-cü ilin yayında HAMAS hərəkatı ilə apardığı müharibə pislənir.

Bundan başqa, mahnıda Qəzza sektorunda həlak olmuş uşaqların sayı da göstərilir.

Bununla belə, kompozisiyada İsrailin adı çəkilmir.

İsrailin Budapeştdəki səfiri Aylan Mor (Ilan Mor) isə Macarıstanı bu ifadələri mahnıdan çıxarmağa çağırıb.

Macarıstan tərəfi mahnının sözlərində korrektə edəcəklərinə söz verib.

Qeyd edək ki, İsrailin 1 iyul-26 avqust 2014-cü ildə həyata keçirdiyi “Sarsılmaz qaya” əməliyyatı zamanı Qəzza sektoru güclü dağıntılara məruz qalıb.

Qəzzanın bərpası üçün dünyanın hər yerində vəsait toplanıb.

Fələstinlə İsrail arasında münaqişə ötən əsrin 60-cı illərindən davam edir.



Reytinq: