» » İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb


İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

27-02-2015, 11:53
Oxunub: 2378
Çap et
İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölübHelikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.

Ötən gün İranda hərbi helikopter qəzaya uğrayıb.

milliyyet.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin göyərtəsində 3 nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.

Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.

Rəsmi qurumlar qəzanın İranın şimalında tüğyan edən qar boranı səbəbindən baş verdiyini ehtimal edir.



Reytinq: