» » Futbol azarkeşlərinin peyğəmbər sevgisi


Futbol azarkeşlərinin peyğəmbər sevgisi

21-02-2015, 11:31
Oxunub: 540
Çap et
Futbol azarkeşlərinin peyğəmbər sevgisiSəudiyyə Ərəbistanında keçirilən futbol qarşılaşmasında azarkeşlər İslam peyğəmbəri həzrəti Muhammədə (S) öz sevgilərini nümayiş etdiriblər.

milliyyet.az-ın ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, hadisə “əl İttihad” komandası ilə “əş Şölə” komandası arasında keçirilən qarşılaşmada baş verib.

Qarşılaşma başlayacağı zaman tribunada oturan azarkeşlər ərəbcə “Habibi Ya Rasulallah” (حبيبي يارسول الله - Rəsulullahı sevirik) yazıblar.

Peyğəmbər sevgisini tərənnüm etdirən bu kompozisiya digər azarkeşlər tərəfindən də alqışlarla qarşılanıb.

Qarşılaşma isə 3-2 hesabla “əl İttihad”ın qələbəsi ilə başa çatıb.




Reytinq: