» » Allah onun bəlasını versin


Allah onun bəlasını versin

17-02-2015, 21:56
Oxunub: 1251
Çap et
Allah onun bəlasını versin

milliyyet.az Atvxeber.az-a istinadən xəbər verir ki, Türkiyəni ayağa qaldıran Özgəcan Aslan cinayətinə görə həbs olunan 26 yaşındakı Süphi Altındökənin həyat yoldaşı Nəslihan Altındökən baş verənlərə münasibət bildirb.

Nəslihan Altındökən həyat yoldaşı Süphinin həyatı ona zəhər etdiyini bildirib:

"Allah onun bəlasını versin, onun ən ağır cəzaya məhkum edilməsini istəyirəm. Özgəcanın ailəsinin yaşadığı acıları və kədəri paylaşıram".

Nəslihan Altındökən əlavə edib ki, Süphi ilə orta məktəbdə təhsil aldığı zaman tanış olublar. Daha sonra onlar ailə qurublar:

"Sevərək evləndik, ancaq mənə həyatı zəhər etdi. Evləndiyimiz günə lənət olsun, bir gün görmədim. Davamlı şiddət tətbiq edirdi, artıq dayanacaq gücüm qalmamışdı. Bir neçə ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etdim. Ancaq məni və oğlumu ölümlə təhdid etdiyi üçün müraciətimi geri götürdüm".

Neslihan Altındökən həyat yoldaşı Süphinin tələbə Özgəcan Aslanı öldürdükdən sonra evə gecə təlaşlı bir vəziyyətdə gəldiyini bildirib:

"Evə girən kimi əl-üzünü yudu. Üzündə dırnaq izləri və sıyrıqlar vardı. Nə olduğunu soruşduqda, dava etdiyini dedi. Paltarını dəyişib tez evdən çıxdı".



Reytinq: