» » Pakistanda şiə məscidinə edilən hücumda 10 nəfər həlak olub, 60 yaralı var


Pakistanda şiə məscidinə edilən hücumda 10 nəfər həlak olub, 60 yaralı var

13-02-2015, 16:27
Oxunub: 649
Çap et
Pakistanda şiə məscidinə edilən hücumda 10 nəfər həlak olub, 60 yaralı var
Pakistanın şimal-qərbində yerləşən Peşavər şəhərində (Hayber-Pahtunhva əyalətinin inzibati mərkəzi) üç güclü partlayış törədilib.

milliyyet.az xəbər verir ki, SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, ilk partlayış cümə namazı vaxtı Peşavərdəki şiə məscidlərindən biri ərazisində törədilib ki, nəticədə 10 nəfər həlak olub, 60 nəfər xəsarət alıb.

Yaralılara təcili tibbi yardım göstərilir.

Digər iki partlayış isə naməlum ekstremistlər tərəfindən şəhərin insanların çoxluq təşkil etdiyi rayonunda törədilib.



Reytinq: