» » Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 nəfər saxlanılıb


Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 nəfər saxlanılıb

11-02-2015, 20:25
Oxunub: 766
Çap et
Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 nəfər saxlanılıb
Türkiyədə 13-ü əcnəbi olmaqla, 14 nəfər “İslam Dövləti” (İŞİD) terror təşkilatı sıralarına qoşulmaq məqsədilə Suriya sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

milliyyet.az xəbər verir ki, SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib: "Fevralın 9-da təhlükəsizlik orqanları qüvvələri tərəfindən Oğuzeli (Qaziantep əyaləti) rayonunda 13 əcnəbi və bir Türkiyə vətəndaşı İŞİD-ə qoşulmaq məqsədilə Suriya ərazisinə keçməyə cəhd edərkən saxlanılıb."

Saxlanılanlar Qaziantep prokurorluğunda ifadə veriblər. Bundan sonra Türkiyə vətəndaşı buraxılıb, 13 əcnəbi vətəndaş isə ölkədən deportasiya üçün polisə göndərilib.



Reytinq: