» » Bağdadda törədilən silsiləvi terror aktlarında ölənlərin sayı 37-yə çatıb, 85 yaralı var


Bağdadda törədilən silsiləvi terror aktlarında ölənlərin sayı 37-yə çatıb, 85 yaralı var

8-02-2015, 00:12
Oxunub: 593
Çap et
Bağdadda törədilən silsiləvi terror aktlarında ölənlərin sayı 37-yə çatıb, 85 yaralı var

İraqın paytaxtı Bağdadda bu gün törədilən silsiləvi terror aktları nəticəsində ölənlərin sayı 37-yə çatıb, 85 nəfər yaralanıb.

milliyyet.az-ın məlumatına görə, bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.

Bundan əvvəl 13 nəfərin öldüyü, 41 nəfərin yaralandığı bildirilib.

“Associated Press” agentliyinin məlumatına görə, ən güclü partlayış Bağdadın Yeni Bağdad rayonunda baş verib. Yerli polis bu partlayışda 22 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.

Bir müddət sonra İraq paytaxtının mərkəzi hissəsində iki partlayış baş verib. İki bomba təxminən 25 metr məsafədə partlayıb, nəticədə 11 nəfər ölüb, 26 nəfər yaralanıb.

Daha bir terror aktı Bağdadın cənub-qərbində, insanların çoxluq təşkil etdiyi bazarda baş verib. Burada ən azı dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

Həkimlər ölənlər və yaralananlar barədə məlumatları təsdiqləyiblər.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.



Reytinq: