» » "Google" İŞİD-ə qarşı hərəkətə keçdi


"Google" İŞİD-ə qarşı hərəkətə keçdi

7-02-2015, 00:08
Oxunub: 593
Çap et
Şirkət bunu da etdi
"Google" İŞİD-ə qarşı hərəkətə keçdi


milliyyet.az xəbər verir ki, İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, iordaniyalı pilot Muaz Qasasbenin diri-diri yandırılaraq öldürülməsinin görüntülərini əks etdirən 22 dəqiqəlik video yayımlandıqdan bir neçə saat sonra "Youtube" video portalından silinib.
Bundan sonra "Youtube" şirkət ərəbcə bilən yeni kadrları işə götürdüyünü açıqlayıb. Yeni işçilərin vəzifəsi İŞİD-in propaqanda paylaşımlarını saytdan qaldırmaq olacaq.
"Google"-a məxsus "Youtube" video portalının qaydalarına əsasən şiddət xarakterli videolarının paylaşılması qadağandır. Saytın sisteminə əsasən, videolar paylaşıldıqdan sonra nəzarətdən keçirilir. Şikayət edilən videolar araşdırılır və daha sonra rəhbərlik tərəfindən silinib, silinməyəcəyinə qərar verilir.



Reytinq: