» » Tayvanda təyyarənin qəzaya uğramağı nəticəsində ölənlərin sayı 19-a çatıb


Tayvanda təyyarənin qəzaya uğramağı nəticəsində ölənlərin sayı 19-a çatıb

4-02-2015, 21:04
Oxunub: 638
Çap et
Tayvanda təyyarənin qəzaya uğramağı nəticəsində ölənlərin sayı 19-a çatıb

Tayvanda sərnişin təyyarəsinin qəzaya uğramağı nəticəsində ölənlərin sayı 19-a çatıb.

milliyyet.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Bundan əvvəl 12 nəfərin öldüyü, 16 nəfərin xilas edildiyi, 30 nəfərin itkin düşdüyü bildirilib.

"TransAsia" aviaşirkətinin icraçı direktoru Çen Çinde qəzaya görə üzr istəyib. O, yerli televiziya ilə canlı yayımlanan mətbuat konfransında əyilərək qəza nəticəsində zərər çəkənlərə və onların yaxınları qarşısında üzrxahlıq edib.

Bildirək ki, ATR 72 təyyarəsi "Taipei Songshan Airport" hava limanından havaya qalxdıqdan bir müddət sonra Tszilun çayına düşüb.



Reytinq: