» » Asiyanın daha bir ölkəsi koronavirusun axırına çıxdığını elan etdi


Asiyanın daha bir ölkəsi koronavirusun axırına çıxdığını elan etdi

23-04-2020, 21:45
Oxunub: 153
Çap et
Asiyanın daha bir ölkəsi koronavirusun axırına çıxdığını elan etdi


Çin hökuməti bir müddət əvvəl iddialı açıqlama vermişdi ki, ölkə koronavirusa son qoyub. İndi də Asiyanın başqa bir ölkəsi bunu elan edib.
Vyetnam koronavirusun axırına çıxdığını bildirib. Bir həftədir ölkədə heç bir yeni virus daşıyıcısı qeydə alınmır. Böyük şəhərlərdə həyat bərpa olunmağa başlayıb. Mağazalar, kafelər, məktəblər açılıb. İctimai nəqliyyat işə düşüb. Düzdür, Hanoy və Hoşimində məhdudlaşdırma davam edir. Amma sosial məsafəni qorumaq və maska taxmaqla həyata davam etmək mümkündür.

Vyetnamda həyəcan təbili xeyli əvvəl çalınmışdı. Yanvarda bütün məktəblər bağlanmışdı. Martın 16-dan isə sərt karantin rejiminə keçilmişdi. Bundan 9 gün sonra bütün aviareyslər ləğv edilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında Vyetnamın uğuru xüsusi qeyd olunur. Ölkədə indiyə qədər cəmi 268 virus daşıyıcısı qeydə alınıb. Halbuki Vyetnam Çinlə qonşudur, koronavirusun episentri sayılan Vuhan şəhərinə çox yaxındır. Ümumdünya Səhiyyə Təşkilatının bu Asiya ölkəsindəki nümayəndəsi Kidun Park hökumətin məsuliyyətini ayrıca fərqləndirib. Yaşlı adamlar deyir ki, müharibədən sonra heç vaxt belə sərt intizam görməmişdilər.



Reytinq: