» » İran Səhiyyə Nazirliyi: “Virusdan hər 10 dəqiqədə 1 nəfər ölür”


İran Səhiyyə Nazirliyi: “Virusdan hər 10 dəqiqədə 1 nəfər ölür”

19-03-2020, 21:38
Oxunub: 25
Çap et
İran Səhiyyə Nazirliyi: “Virusdan hər 10 dəqiqədə 1 nəfər ölür”

İran koronavirusun iflic vəziyyətə gətirdiyi ölkələrdəndir. Hələ xeyli əvvəldən bütün ölkə boyu karantin elan olunub.
Milliyet.az xəbər verir ki, indiyə qədər İranda 18 min 407 nəfərdə virus aşkarlanıb. Qonşu ölkədə 1284 nəfərin pandemiya üzündən vəfat etdiyi bildirilir.

İran Səhiyyə Nazirliyi son açıqlamada səsləndirdiyi rəqəmlərdə vəziyyətin necə ağır olduğunu çatdırmağa çalışıb: “Hər saat ərzində 50 nəfərin virusa yoluxduğu aşkarlanır. Virusdan hər 10 dəqiqədə 1 nəfər ölür”.

Qərb mətbuatı İranın koronavirusla bağlı həqiqəti gizlətdiyini iddia edir. Hələ fevralın sonlarında BBC bizim qonşu ölkədə virusdan 2 min nəfərin öldüyünü bildirmişdi. Sosial şəbəkələrdə yayılan videolarda İranda kütləvi məzarlıqların salındığı görünür.



Reytinq: