» » Türkiyə ordusu Suriyada itki verib


Türkiyə ordusu Suriyada itki verib

19-03-2020, 21:36
Oxunub: 18
Çap et
Türkiyə ordusu Suriyada itki verib


Türkiyə ordusunun İdlib əməliyyatları koronaviros günlərində də davam edir. Təəssüf ki, qardaş ölkə bu gün itki verib.
Türkiyə konvoyuna naməlum qüvvələrin hücumu olub. Heç bir terror qruplaşması məsuliyyəti boynuna götürməyib. Türkiyəli jurnalist Ömər Özkızılcıkın “Twitter”də yazdığına görə, hücumu “Urras əl-Din” terror təşkilatı həyata keçirib.

İtkilər barədə dəqiq məlumat verilmir. Amma “Step News Agency” Türkiyə ordusundan ölənlərin olduğunu iddia edir.

Sosial şəbəkələrdəki Türkiyə səhifələrində də bu haqda yazıblar. Yazılanlara görə, Türkiyə konvoyuna bombalı hücum İdlibin Mahmbel kəndində baş tutub.



Reytinq: