» » 18 ABŞ generalı öldürülüb - İDDİA


18 ABŞ generalı öldürülüb - İDDİA

4-02-2020, 17:08
Oxunub: 46
Çap et
18 ABŞ generalı öldürülüb - İDDİA


Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə ölən 18 hərbçi arasında Qasım Süleymaninin qətlinin təşkilatçısı da olub.

“Tasnimnews”un xəbərinə görə, Əfqanıstanda vurulan təyyarədə 18 ABŞ generalı ilə bərabər, iranlı general Qasım Süleymaninin qətlinin təşkilatçısı Maykl D'andreanın (Ayətullah Mayk) da olduğu bildirilir.

Xəbərdə bildirilir ki, təyyarədə D'andreadan yüksək mövqeli bir hərbçi də olub. Lakin mənbə həmin şəxsin adını açıqlamır.

Qeyd edək ki, bununla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, yanvarın 27-də Əfqanıstan səmasında “E-11A” hərbi təyyarəsi vurulub. Təyyarənin texniki səbəblərdən qəzaya uğraması barədə xəbər yayılsa da, sonradan “Taliban” üzvləri tərəfindən vurulduğu bildirilib.



Reytinq: