» » SON DƏQİQƏ: İranda güclü zəlzələ BAŞ VERDİ - Yüzlərlə xilasedici CƏLB EDİLDİ


SON DƏQİQƏ: İranda güclü zəlzələ BAŞ VERDİ - Yüzlərlə xilasedici CƏLB EDİLDİ

8-07-2019, 14:17
Oxunub: 37
Çap et
SON DƏQİQƏ: İranda güclü zəlzələ BAŞ VERDİ - Yüzlərlə xilasedici CƏLB EDİLDİ

İranın cənub-qərbində yerləşən Huzistan əyalətində rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.

Milliyet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla 11:30-da qeydə alınan yeraltı təkanların episentri Məscidi Süleyman şəhərində yerin 17 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat daxil olmayıb. Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Xatırladaq ki, ötən həftə Kirmanşah vilayətində rixter cədvəli üzrə 3.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sərpol Zəhab rayonunda yerin 8 km dərinliyində yerləşib.

Son günlər İranda seysmik fəallıq artıb. Tikililər əsasən taxtadan olduğu üçün dağıntılar qaçılmaz olur.



Reytinq: