» » Merkel yenə titrədi – Video


Merkel yenə titrədi – Video

27-06-2019, 14:18
Oxunub: 43
Çap et
Merkel yenə titrədi – Video


Almaniya kansleri Angela Merkelin səhhətində yenidən problem yaranıb.

Publika.az xəbər verir ki, kansler Almaniyanın Ədliyyə naziri Katarina Barlinin Avropa Parlamentinə seçilməsi ilə bağlı təşkil edilən mərasimdə ikən titrəməyə başlayıb.

O, Almaniya prezidenti Frenk-Uolter Steynmerin çıxışı zamanı yanında dayanarkən özünü titrəmədən saxlaya bilməyib və özünə nəzarəti itirib.

Angela Merkelin xəstə olub-olmadığı ilə bağlı heç bir informasiya açıqlanmır.

Qeyd edək ki, Almaniya kansleri daha əvvəl Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı titrəyərkən görüntülənmişdi. Çətin vəziyyətdə əllərini birləşdirərək ayaq üstə qalmağa çalışan Merkel susuzluqdan bu cür narahatlıq keçirdiyini bildirmişdi.

3 fincan su içdikdən sonra özünə gələn kanslerin bu açıqlamasını həkimlər təkzib edir. Doktor Mayk Fitsipartik məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Merkelin titrəməsi susuzluqla əlaqəli deyil: “Normal şəraitdə susuzluq olanda insanlar belə titrəməz. Çox ac olarsa, bəlkə. Amma susuzluq buna səbəb ola bilməz. Qızdırma və ya panik atak kimi narahatlıqlar titrəməyə gətirib çıxara bilər”



Reytinq: