» » Maduro Avropanın “8 günlük” ultimatumunu rədd elədi


Maduro Avropanın “8 günlük” ultimatumunu rədd elədi

27-01-2019, 21:40
Oxunub: 106
Çap et
Maduro Avropanın “8 günlük” ultimatumunu rədd elədi

Venesuela Avropanın ultimatumunu rədd edib.
Xatırladaq ki, Almaniya, Böyük Britaniya, Fransa və İspaniya Nikolas Madurodan 8 gün ərzində yeni prezident seçkiləri keçirməyi tələb ediblər, əks halda onlar özünü prezident elan etmiş müxalif lider 35 yaşlı Xuan Quaydonun legitimliyini tanıyacaqlarını bəyan ediblər.

ABŞ və bir sıra başqa ölkələr artıq Quaydonu rəsmən prezident kimi tanıyıb.
Maduro Avropanın “8 günlük” ultimatumunu rədd elədi


Venesuelanın xarici işlər naziri Xorxe Arreasa (Jorge Arreaza) israrla bildirib ki, Qərbin təzyiqlərinə baxmayaraq Maduro legitim prezident olaraq qalacaq.

“Heç kim bizə son tarix təyin edə və seçki keçirib-keçirməmək barədə göstəriş verə bilməz”,- deyə Arreasa BMT Təhlükəsizlik Şurasının xüsusi sessiyasında çıxışı zamanı bildirib.

Nazir Avropanı “ABŞ-ın quyruğuna düşməkdə” ittiham edib. “Avropa özünü ABŞ-ın quyruğu kimi aparır? Hətta ABŞ-ın da yox, Donald Tramp hökumətinin? Suveren xalqa son tarix qoymaq və ultimatum vermək hüququnu sizə kim verib? Belə müdaxilə, mən lap deyərdim ki, uşaq siyasətini haradan götürmüsünüz?”,- deyə Arreasa bildirib.
Maduro Avropanın “8 günlük” ultimatumunu rədd elədi


Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) isə öz qərarlarını belə izah edib: “İri miqyasda saxtalaşdırılmış seçkilər zamanı müxalif namizədlərə qadağa qoyulması, qutulara bülletenlərin doldurulması və səslərin sayılmasında yol verilmiş pozuntulardan sonra aydın məsələdir ki, Nikolas Maduro Venesuelanın legitim lideri ola bilməz”.



Reytinq: