» » Moskvada azərbaycanlı biznesmen güllələndi


Moskvada azərbaycanlı biznesmen güllələndi

28-11-2018, 14:55
Oxunub: 23
Çap et
Moskvada azərbaycanlı biznesmen güllələndi
Moskvaətrafında Vidnoe şəhərində azərbaycanlı biznesmen Toğrul Tağıyev güllələnərək qətlə yetirilib.

Hadisə iş adamının analiz vermək üçün getdiyi tibb mərkəzinin yaxınlığında törədilib. Naməlum şəxs Tağıyevin “Range Rover” markalı avtomobilinə 7 güllə atıb. Onlardan 2-si iş adamına dəyib.

“36 yaşlı T.Tağıyev güllə yarası ilə şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb”, deyə Moskva əyaləti üzrə istintaq idarəsinin baş köməkçisi Olqa Vradiy bildirib.

Baş vermiş qətllə əlaqədar “Öldürmə” və “Qanunsuz silah daşıma” maddələri üzrə cinayət işi açılıb. Polis cinayətkarın axtarışına başlayıb. Hadisə yerindən 9 mm kalibrli 4 giliz, 1 güllə tapılıb. Lazımi bütün tibbi, genetik və ballistik ekspertizalar aparılacaq.

Toğrul Tağıyev uzun müddətdir, Moskvaətrafında yerləşib və “Food City” topdan-pərakəndə satış bazarında obyektlərə sahibdir. Tağıyevi daha əvvəl də öldürməyə cəhd ediblər. Bu barədə biznesmenin dayısı oğlu Seymur Məmmədov bildirib:

“4 ay əvvəl onun maşınına atəş açmışdılar. Toğrul polisə müraciət etdi, ancaq heç kəsi tapa bilmədilər. Toğrulu daha sonra açıq-aşkar kimsə hədələmirdi. Onun düşmənləri olmayıb. Düzdür, bazarda obyektləri olub. Həyat yoldaşı və iki azyaşlı uşağı var. Onu şəxsi evinin həyətində – klinikanın yerləşdiyi birinci mərtəbədə güllələyiblər. Güllələrdən biri ayağından, digəri başından dəyib. Xəstəxanaya çatmamış ölüb”. (Qafqazinfo.az)



Reytinq: