» » Azərbaycanlılar Almaniyada irqçi hücuma məruz qaldılar


Azərbaycanlılar Almaniyada irqçi hücuma məruz qaldılar

2-09-2018, 23:44
Oxunub: 324
Çap et
Azərbaycanlılar Almaniyada irqçi hücuma məruz qaldılar


Almaniyanın Rostok şəhərində üç azərbaycanlı tələbə hücuma məruz qalıb.

Oxu.Az “DW”yə istinadla xəbər verir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi tədqiqatlara başlayıb və hadisənin şahidlərini arayır.



Reytinq: