» » Türkiyədə dollarla bağlı YENİ MODEL – Ölkə ÇAŞQINLIQDA


Türkiyədə dollarla bağlı YENİ MODEL – Ölkə ÇAŞQINLIQDA

13-08-2018, 13:18
Oxunub: 218
Çap et
Türkiyədə dollarla bağlı YENİ MODEL – Ölkə ÇAŞQINLIQDA


Bu ilin sonuna qədər Türkiyə iqtisadiyyatında yeni dövr başlayacaq.

Bu barədə ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib. Onun sözlərinə görə, ölkədə dollar böhranını aradan qaldırmaq üçün yeni iqtisadi modelin tətbiqinə başlanılacaq.

"Türkiyə lirəsinin dəyərini sabit saxlamaq üçün ölkənin valyuta bazarında yeni planlar hazırlanır. Deyirlər ki, guya ölkədə dollar hesabları dondurulacaq, yaxud lirəyə çevriləcək. Bütün bunlar yalandır. Depozitlər müsadirə olunmayacaq, dollar hesabları lirəyə çevrilməyəcək. Sadəcə yeni model əsasında lirənin gücləndirilməsi istiqamətində işlər aparılacaq.

Nazir vurğulayıb ki, yeni model çərçivəsində tədbirlərin görülməsinə 35 mlrd. türk lirəsi, (5,2 mlrd. ABŞ dolları) xərclənəcək.

Qeyd edək ki, son günlər Türkiyə lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsi ölkədə çaşqınlıq yaradıb. Belə bir şaiyə gəzir ki, guya Türkiyədə dollarla olan hesablar dondurulacaq, həmin məbləğlər Türkiyə lirəsinə çevriləcək. Eləcə də, dollarla olan depozitlər bağlanacaq.

BAKU.WS



Reytinq: