» » Daxili işlər nazirinə SUİ-QƏSD: GÜLLƏLƏNDİ


Daxili işlər nazirinə SUİ-QƏSD: GÜLLƏLƏNDİ

6-05-2018, 21:01
Oxunub: 96
Çap et
Daxili işlər nazirinə SUİ-QƏSD: GÜLLƏLƏNDİ

Bu gün Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab vilayətinin Naroval şəhərində sui-qəsdə məruz qalıb, güllə yarası alıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb. Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib. A. İkbalın həyatı üçün təhlükə yoxdur.

Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin təfərrüatları açıqlanmır.



Reytinq: