Qazaxıstanda qadın liftdə parçalandı » Milliyet.Az

Qazaxıstanda qadın liftdə parçalandı

Qazaxıstanda qadın liftdə parçalandı


Qazaxıstanın Aktyubinsk şəhərində gənc qadın liftdə üç yaşlı qızının gözləri qarşısında ölüb.

Milliyet.Az-ın Qazaxıstan KİV-ə istinadən məlumatına görə, hadisə onmərtəbəli binada baş verib.

28 yaşlı Ayzat qızı İnkarla birgə liftə miniblər.

Şahidlərin sözlərinə əsasən, liftin qapıları öz-özünə açılıb-bağlanmağa başlayıb. Bu zaman qadın liftdən çıxmaq istəyib, lakin bu, mümkün olmayıb.

“Qadının ayaqları qapının arasında qaldı. Lift isə aşağı düşməyə başladı. Qadının bədəni parça-parça oldu”, - qonşulardan biri deyib.
  • Sosial şəbəkədə paylaş