ABŞ sahillərində qəribə dəniz məxluqu aşkarlandı – VİDEO » Milliyet.Az

ABŞ sahillərində qəribə dəniz məxluqu aşkarlandı – VİDEO

ABŞ sahillərində qəribə dəniz məxluqu aşkarlandı – VİDEO


ABŞ-ın Corciya ştatının sahillərində qəribə dəniz məxluqunun ölüsü aşkarlanıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Artıq sosial şəbəkələrdə “dəniz bədheybəti” adı verilmiş qəribə məxluqun görüntüsünü dəniz qoruğuna səyahət edən turistlərdən biri lentə alıb.

Videonun müəllifi Amerikalı Cef Uorren əvvəl onun dəniz pişiyi olduğunu sanıb. Habelə gəmi yaxına üzdükdə, sərnişinlər əfsanəvi “Loxnes əjdahası”na bənzəyən uzun boynu və kiçik başı olan məxluqun olduğunu görüb.

Hələlik zooloqlar canlının mənşəyini müəyyən edə bilməyib.

  • Sosial şəbəkədə paylaş