» » Həkim xərəkdəki xəstənin üstünə çıxdı və… (Video)


Həkim xərəkdəki xəstənin üstünə çıxdı və… (Video)

22-02-2018, 23:40
Oxunub: 203
Çap et
Həkim xərəkdəki xəstənin üstünə çıxdı və… (Video)

Bursada bıçaqlanan ağır yaralı təcili yardım həkimləri tərəfindən Bursa Dövlət Xəstəxanasına gətirilib.
Xəstəxanaya çatarkən yaralının dəhlizdə ürəyi dayanıb. Xəstəylə birlikdə xəstəxanaya daxil olan təcili yardım həkimi xərəyin üstünə çıxaraq xəstəyə ürək masajı eləməklə zamanla yarışa girib və onun səyi nəticəsində bir insan ölümün caynağından qurtarıb. Xəstəxananın daxili kameraları tərəfindən qeydə alınmış bu görüntülər internetdə böyük maraqla izlənilir.

Təcili yardım tibb uzmanı doktor Hüseyin Yenicə əməliyyat masasına çatana qədər xəstənin həyatını itirə biləcəyini anladığı üçün heç düşünmədən belə bir addım atıb.

Ürəyinin alytından bıçaq yaraları almış 32 yaşlı şəxs hazırda xəstəxanadadır və həyati təhlükəsi yoxdur. (Bizim Yol)



Reytinq: