» » Putin general Kərim Vəliyevlə görüşdü


Putin general Kərim Vəliyevlə görüşdü

22-02-2018, 23:33
Oxunub: 228
Çap et
Putin general Kərim Vəliyevlə görüşdü


Fevralın 22-də Rusiyanın paytaxtı Moskvada Kreml Dövlət Sarayında bu ölkənin ordu gününə həsr olunmuş təntənəli gecə keçirilib.

Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə nazirləri və digər yüksək rütbəli hərbçilərinin iştirak etdiyi tədbirdə qonaqları Rusiya prezidenti Vladimir Putin qarşılayıb.

Azərbaycan Müdafiə Nazirliyini tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən faktı Oxu.Az-a təsdiqləyiblər.



Reytinq: