» » İtkin düşən 2 alpinist tapıldı -


İtkin düşən 2 alpinist tapıldı - Rusiyada

27-01-2018, 00:38
Oxunub: 1923
Çap et
İtkin düşən 2 alpinist tapıldı -


Bir həftədən çoxdur itkin düşən 2 belarusiyalı alpinist tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib. Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar.

"Alpinistlər səhər saatlarında xilasedicilər tərəfindən tapılıblar. Xilasedicilər onları Elbrusun şərq yamacında 3600 metr yüksəklikdə aşkar ediblər. Alpinistlər sağdır və hazırda xilasedicilərlə birlikdə geri qayıdırlar”, - deyə nazirlik nümayəndəsi bildirib.

Qeyd edək ki, 2 belarusiyalı alpinist Elbrus dağı istiqamətində yürüşə çıxmışdılar. Bir həftədən artıq müddətdə onlarla əlaqə yaratmaq mümkün olmayıb.



Reytinq: