ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq niyyətində olduğunu açıqlayıb » Milliyet.Az

ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq niyyətində olduğunu açıqlayıb

ABŞ Suriyada 30 minlik PYD/YPG ordusu yaratmaq niyyətində olduğunu açıqlayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışır.



APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil bildirib.



Açıqlamada bildirilib ki, koalisiyanın suriyalı müttəfiqlərlə yaradacağı bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.



Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.



ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.
  • Sosial şəbəkədə paylaş