"Ənsarullah" Səudiyyənin paytaxtını ballistik raketlə vurdu - Foto » Milliyet.Az

"Ənsarullah" Səudiyyənin paytaxtını ballistik raketlə vurdu - Foto

"Ənsarullah" Səudiyyənin paytaxtını ballistik raketlə vurdu - Foto


Yəmənin "Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada ballistik raket zərbəsi endirib. Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb. Yəmənin "Ənsarullah" hərəkatından verilən açıqlamada Səudiyyə paytaxtının balistik raketlə vurulması təsdiqlənib. Açıqlamada bildirilir ki, 1 ədəd "Barkan 2" balistik raketi Yəmamah sarayı istiqamətinə endirilib. Hadisə şahidlərin sözlərinə görə, ər-Riyad səmasını böyük toz-duman və tüstü bürüyüb. Səudiyyənin rəhbərlik etdiyi Yəmənə təcavüz koalisiyasından verilən açıqlamada raket zərbəsi nəticəsində şəhərə heç bir zərərin dəymədiyi qeyd olunub.
Mənbə: Eastnews.org
  • Sosial şəbəkədə paylaş