» » Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb


Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

7-12-2017, 00:18
Oxunub: 280
Çap et
Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da verdiyi qərarla Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıyıb. O bəyan edib ki, ABŞ-ın İsraildəki səfirliyi tezliklə Qüdsə köçürüləcək.
Kabinetin toplantısından sonra açıqlama verən Tramp bu addımı “geçikmiş qərar” adlandırıb və əlavə edib ki, “problemləri uğursuz strategiyanı yeniləyərək aşmaq mümkün deyil”.
BBC xəbər verir ki, Tramp Qüdsün sadəcə 3 dinin müqəddəs şəhəri deyil, eyni zamanda ən uğurlu demokratiya mərkəzlərindən biri olduğunu, yəhudilər, xristianlar və müsəlmanların burada sülh içərisində yaşayıb ibadət etdiyini bildirib. Eyni zamanda o, bu qərarın Yaxın Şərqdəki sülh prosesindən geri çəkilməsi anlamına gəlmədiyini əlavə edib.
İsrail təhsil naziri Naftali Bennet isə BBC-yə açıqlamasında bu hadisəni “İsrail və bölgə üçün böyük gün” adlandırıb. ABŞ Dövlət Departamenti isə diplomatik təmsilçiliklərinə müraciət edərək dekabrın 20-dək Qüds və Qərbi Şəriəyə getməməyi tövsiyə edib.

Bu hadisənin bölgədə toqquşmalara səbəb olacağı gözlənlir.



Reytinq: