» » İrandan ABŞ-a ağır zərbə


İrandan ABŞ-a ağır zərbə

24-01-2015, 19:36
Oxunub: 629
Çap et
İrandan ABŞ-a ağır zərbə

Rəsmi Tehran dollardan imtina etdi, rubla üstünlük verdi
İran hökuməti ABŞ dollarından imtina edib.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə İran Mərkəzi Bankının sədri Qulaməli Kamyab açıqlama verib.

O, bildirib ki, İran xarici ölkələrlə hesablaşmalarda ABŞ dollarından imtina edib.

"İran xarici ölkələrlə ticarət mübadiləsində ABŞ dolları ilə deyil, Çin yuanı, avro, türk lirəsi və rus rublundan istifadə edir", - deyə Mərkəzi Bank sədri bildirib.

Onun sözlərinə görə, İran rahat və iqtisadi baxımdan sərfəli ticarət mübadiləsini həyata keçirmək üçün bir sıra ölkələrlə ikitərəfli müqavilələr bağlamağı nəzərdən keçirir. Sədr bildirib ki, bununla əlaqədar yaxın günlərdə danışıqlar başlayacaq.



Reytinq: