» » Rusiyadan Türkiyəyə arxadan zərbə


Rusiyadan Türkiyəyə arxadan zərbə

21-03-2017, 13:46
Oxunub: 253
Çap et
Rusiyadan Türkiyəyə arxadan zərbə


Rusiya, terror təşkilatı PKK-nın Suriya qolu hesab edilən YPG ilə birlikdə bu ölkənin şimalında hərbi baza qurmaq üçün razılığa gəlib.

İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə məlumat YPG-nin sözçüsünə istinadla yayılıb.

Redur Helil Afrində qurulan baza haqqında da danışıb. Onun sözlərinə görə, bu baza terrorla mübarizədə əməkdaşlıq məqsədi ilə qurulur. Rusiya ilə suriyalı kürdlər arasında razılaşmanın bazar günü əldə edildiyi qeyd edilir. Anlaşmanın bir hissəsi olaraq rus hərbçilər YPG döyüşçüləri üçün təlim keçəcək.

Artıq bu razılaşma ilə bağlı fotolar da yayılıb. Fotolarda Rusiya bayraqlı maşınların Afrindəki mərkəzi idarə binasının önündə olması diqqət çəkib.

İddialar ilə bağlı Rusiya tərəfi də açıqlama verib. Müdafiə Nazirliyi YPG-lilərə təlim üçün Afrində baza qurulacağı barədə xəbəri təkzib edib. Lakin Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzinin şöbəsinin açılacağı bildirilib.

PKK-nın Suriya qolu hesab edilən PYD ölkənin şimalında 2014-cü ildə tək tərəfli olaraq 3 ayrı kanton elan edib. Bu ərazilərdə öz hakimiyyətini elan etmək istəyib. Türkiyə bunun qaraşısını almaq və İŞİD terrorçularını öz sərhədlərindən uzaqlaşdırmaq üçün 2016-cı ilin avqust ayında "Fərat Qalxanı" əməliyyatına başlayıb. YPG-nin Menbicdən çıxarmaq istəyən Türkiyə Əl Babı terrorçulardan təmizləmək üçün Azad Suriya Ordusuna dəstək verib. Nəticədə bu ilin fevral ayınbda adıçəkilən şəhərdə nəzarət tamamilə orsunun əlinə keçib.



Reytinq: