» » Trampın qurbanı olacaq 14 ölkənin adı açıqlandı


Trampın qurbanı olacaq 14 ölkənin adı açıqlandı

12-02-2017, 00:19
Oxunub: 409
Çap et
Trampın qurbanı olacaq 14 ölkənin adı açıqlandı

“Fitch Ratings” beynəlxlaq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətini və bu siyasətdən zərər görəcək ölkələri açıqlayıb.
Qaynarinfo.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, agentliyin açıqlamasında bildirilir ki, Tramp hökuməti beynəlxalq iqtisadi inkişaf üçün təhlükə yaradır.
“Fitch” ABŞ-ın 45-ci prezidentinin bəzi siyasi gedişatlarının iqtisadi inkişafa müsbət təsir edəcəyini qeyd etsə də, onun immiqrasiya siyasətinin nüfuzuna mənfi təsir etdiyini yazıb.
Məlumata görə, Kanada, Almaniya, Yaponiya, Çin, Meksika, Holandiya, İngiltərə, Honduras, Nikaraqua, Qvatemala, El-Salvador, Braziliya, Şərqi Asiya və Orta Avropa Trampın siyasətinin qurbanı olacaq ölkələrdir. Bunlar keçmiş hökumətlərin vaxtında ABŞ ilə yaxın iqtisadi əlaqələrə sahib olsalar da indi mövcud maliyyə problemləri olan, var-dövlətini ABŞ-a göndərən, çoxlu miqrantı olan ölkələrdir.



Reytinq: