» » Putin və Tramp kişi kimi söhbət edib - Lavrov


Putin və Tramp kişi kimi söhbət edib - Lavrov

18-11-2016, 15:30
Oxunub: 353
Çap et
Putin və Tramp kişi kimi söhbət edib - Lavrov

Rusiya prezidenti Vladimir Putin və yeni seçilən ABŞ prezidenti Donald Tramp arasında qarşılıqlı siyasi anlaşma var.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Asiya-Sakit Okean ölkələrinin Xarici İşlər Nazirlərinin Peru paytaxtında keçirilən iclasında bildirib.

“Onlar arasında bir mənalı olaraq siyasi əhval ruhiyyə var. Siyasi qarşılıqlı anlaşma da var. Donald Tramp rəsmən hakimiyyətə gəldikdən sonra isə məqsəd bu əhval ruhiyyəni praktiki iş dilinə köçürməkdir. Biz buna hazırıq”, - deyə nazir vurğulayıb.

Moskva və Vaşinqton arasında münasibətlərin ikinci “yenidən başlanması” ola bilərmi sualına cavab olaraq Rusiya XİN rəhbəri vurğulayıb: “Hazırda heç bir termin kəşf eləmək istəmirəm. Professional kişi danışığı baş tutub. Prezidentlər telefonla həm ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətini, həm də qlobal və regional problemlərin həllində qarşılıqlı əlaqələri müzakirə ediblər”.



Reytinq: