» » ABŞ-da gündəmi silkələyən iddia: Tramp prezident olmaya bilər…


ABŞ-da gündəmi silkələyən iddia: Tramp prezident olmaya bilər…

12-11-2016, 15:21
Oxunub: 225
Çap et
ABŞ-da gündəmi silkələyən iddia: Tramp prezident olmaya bilər…

ABŞ-da tarixi bir sürprizə imza atan Donald Tramp prezident kreslosuna heç oturmaya bilər.
Avropa.info xəbər verir ki, bu iddia ilə ABŞ-da tanınmış “Newsweek” jurnalı çıxış edib.
Jurnal Trampın prezident olmasının qarşısına keçə biləcək amilləri açıqlayıb. Jurnalın yazdığına görə, Tramp bu üç halda prezident kürsüsünə əyləşə bilməyəcək:
1) Seçicilər fikrindən dönsə. ABŞ-da xalq birbaşa prezidenti seçmir. Seçicilər öz səslərini prezidentliyə namizədlərdən birinə dolayı yolla verirlər. Yəni seçicilər prezidentliyə namizədə səs verəcəyini öz öhdəsinə götürən seçici komissiyası üzvünü seçmiş olurlar. Bir əyalətdə o əyalətin bütün seçici komissiya üzvlərini alan namizəd birinci olur. Seçkilərdən bir neçə ay əvvəl hansı namizədə səs verəcəyi ilə bağlı öhdəlik götürən seçici komissiya üzvlüyünə namizəd olan adlar 8 noyabrda müəyyən olundu. İndi bu seçici komissiyası üzvləri gələn ay toplaşaraq prezident üçün səs verəcəklər. Hər şey ənənələrə uyğun həyata keçsə prezident seçilmək üçün lazım olan qədər seçici komissiyası üzvünü (270) qazanan Donald Tramp prezident olacaq. Ancaq bütün bunlara baxmayaraq daha əvvəl Donald Trampa səs verməyi öhdəsinə götürən seçici komissiyası üzvlərinin fikirlərini dəyişib Hillari Klintona səs verməsi də mümkündür. ABŞ tarixində bu vəziyyət 157 dəfə baş verib və hətta 1836-cı ildə Virciniya ştatının 23 seçici komissiyası üzvü birlikdə sözlərini pozub, seçkiləri qazanan namizədin əleyhinə səs verib. Lakin ümumiyyətlə namizədlər arasında fərq böyük olduğu üçün bu hadisə ümumi nəticəyə təsir etməmişdi. Seçkilərdə rəsmi olmayan nəticələrə görə Tramp 290, Klinton 228 seçici komissiyası üzvünü qazanıb. Bu vəziyyətdə Trampa səs verəcəyini vəd edərək seçilən 32 seçici komissiyası üzvünün gələn ay sözlərindən dönüb Klintona səs verməsi halında prezident Klinton ola bilər.
2) Seçkilərin rəsmi nəticəsi fərqli olsa ABŞ-da keçirilən prezident seçkilərinin rəsmi nəticəsi hələ ki, açıqlanmayıb. Dünya mətbuatı “Associated Press” xəbər agentliyinin məlumatlarına güvənərək Trampın 270 seçicinin səsini alıb prezident seçildiyini açıqlayıb. Halbuki bir çox əyalətdə iki namizəd arasındakı fərq o qədər azdır ki, rəsmi nəticələrdə başqa bir say ortaya çıxa bilər və ya namizədlər etiraz edib seçicilərin yenidən sayılmasını tələb etsə 290-228-lik nəticə dəyişə bilər. Məsələn Miçiqan kimi 16 seçici komissiya üzvü göndərən və Trampın yalnız 11 min səs fərqi ilə qələbə çaldığı bir əyalətdə nəticə dəyişsə bu, seçki riyaziyyatına da ciddi şəkildə təsir edəcək. 2000-ci ildə cüzi fərqlə başa çatan və prezidentin kim olacağını təyin edən Florida seçkilərində məhkəmə yenidən seçkiyə icazə verməmiş və bunun nəticəsi olaraq respublikaçı namizəd Corc Buş prezident seçilmişdi. Həmin seçkilərdə olduğu kimi bu dəfə də demokrat bir namizəd (Klinton) ölkə səviyyəsində daha çox səs topladı. Amma fərqin çox az olduğu ştatlarda bütün seçici komissiyası üzvlərini respublikaçı (Tramp) namizəd qazandığı üçün prezident də o oldu.
3) Vəzifəsinə son qoyularsa Utah universitetinin hüquq professoru Xristofer Levis Piterson Trampın prezident seçilməsi vəziyyətində, dərhal vəzifəsindən uzaqlaşdırılmaq üçün kifayət qədər dəlilin mövcud olduğunu müdafiə edir. Trampın öz adını daşıyan universitetinin şagirdlərindən, əsassız vədlərlə 40 milyon dollar yığdığı iddia edilirdi. Fırıldaqçılıq, təhdidlə pul toplamaq və yanıldıcı reklam ittihamları ilə bu mövzuda üç iddia açılmışdı. Pitersona görə bu iddiadakı dəlillər Trampın yanvar ayında prezidentlik kürsüsünə əyləşdikdən dərhal sonra onu vəzifəsindən uzaqlaşdırmaq üçün kifayət edə bilər. Ancaq “İndependent”in yaydığı xəbərə görə bu kiçik bir ehtimaldır. Çünki bunun üçün Konqresin qərarı lazımdır. Konqres isə hazırda Trampın partiyası olan Respublikaçıların nəzarətindədir. Həmçinin bu ehtimallardan hər hansı birinin baş tutması, yəni seçilmiş prezidentin vəzifəsini yerinə yetirə bilməyib bir başqasının Ağ Evin yeni sakini olacağı təqdirdə böyük bir qütbləşmənin olduğu ABŞ-ın yaxşıca qarışacağı isə heç kəsə gizlin deyil..



Reytinq: