» » ABŞ-ın yeni seçilmiş prezidentinin rol aldığı film - VİDEO


ABŞ-ın yeni seçilmiş prezidentinin rol aldığı film - VİDEO

9-11-2016, 22:43
Oxunub: 267
Çap et
ABŞ-ın yeni seçilmiş prezidentinin rol aldığı film - VİDEO


15 saniyəlik rolun ifaçısı iş adamı Donald Trump idi
Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yekunlaşıb. Respublikaçılar partiyasının namizədi Donald Trump əsas rəqibi Hillary Klintona qalib gəlib.

Seçkilərdən öncə keçirilən müxtəlif sorğulara görə Hillary, Trumpu qabaqlasada real nəticə çox fərqli olub. Beləliklə biznesmen olan Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib. O prezident fəaliyyətinə yanvar ayından başlayacaq.

İş adamı olan Trump əslində çox insanın baxdığı bir filmdə çox kiçik bir rolu oynayıb.

Bu film məşhur "Evdə Tək Başına" ("Home Alone 2") filmidir. 1992-ci il istehsalı olan bu filmdə ABŞ-ın 45-ci prezidenti 15 saniyəlik bir rolu oynayır. Məşhur otellərdən birinə girən filmin qəhrəmanı Kevin, qarşısına çıxan ilk şəxsdən resepşnın yerini soruşur. Həmin şəxs isə Kevinə irəliyə və sola getməyi məsləhət görür. 15 saniyəlik bu rolun ifaçısı iş adamı Donald Trump idi.

Həmin görüntüləri təqdim edirik:




Reytinq: