» » Həkimlər əməliyyatdan sonra yerə sərildilər


Həkimlər əməliyyatdan sonra yerə sərildilər

16-09-2016, 19:02
Oxunub: 332
Çap et
Həkimlər əməliyyatdan sonra yerə sərildilər


Fotoda uzunmüddətli əməliyyatdan yorularaq əməliyyat otağında döşəməyə uzanan 3 Çin cərrahı təsvir edilib.

Bizimyol.info publika.az-a istinadən bildirir ki, həkimlərin, sadəcə olaraq, döşəmədən qalxmağa gücləri qalmayıb.

Siz necə düşünürsünüz, cərrahiyə əməliyyatı neçə saat davam edib: 3, 6, 9, 12? Tam olaraq 32 saat. Və bu mütləq tibbi rekorddur. Həkimlər xəstəni səhər saat 8:30-da əməliyyat etməyə başlayıb və növbəti gün axşam saatlarında əməliyyat başa çatıb. Toplam olaraq bu vaxt ərzində altı müxtəlif əməliyyat keçirilib.

Əməliyyat ərzində həkimlər cəmi 2 saat növbə ilə istirahət edə biliblər.

"Əməliyyat uzun müddətdir davam edirdi. Mən narahat olmağa başladım ki, həkimlər dözəcəklərmi?" - xəstənin qohumlarından biri etiraf edib.

Amma həkimlər dözdülər və əməliyyat müvəffəqiyyətlə keçdi, sonda isə döşəməyə uzandılar. Amma bu, cəmi iki dəqiqə çəkdi. Həkimlər işi ilə əlaqədar qalxmalı oldular.

Yeri gəlmişkən, əməliyyat zamanı xəstənin ürəyi 15 dəqiqə dayanıb, amma həkimlər onu həyata qaytarmağı bacarıblar. "Yalnız mən var gücüm ilə xəstələr üçün çalışmıram. Belə cərrahlar çoxdur, sadəcə, biz onlar haqqında bilmirik", - doktor Çeni deyib.



Reytinq: