Məhəmməd peyğəmbərin ölümündən öncəki » Milliyet.Az

Məhəmməd peyğəmbərin ölümündən öncəki

Məhəmməd peyğəmbərin ölümündən öncəki Tanınmış insanların son sözləri hər zaman maraqlı olub. Dünyada yaşadıqları müddətdə də bütün diqqətləri üzərlərinə çəkən bu insanlar ölümdən sonra da müzakirə obyekti olaraq qalırlar. Ölümqabağı son sözləri isə bu insanları daha da maraqlı edir.
Cebhe.info islam peyğəmbərinin insanların yaddaşlarda qalacaq son sözlərini təqdim edir. Müxtəlif mənbələr Həzrəti Məhəmmədin ölümqabağı insanları dini ibadətlərində kamil olmağa çağırdığını vurğulayır.
Peyğəmbər əfəndimizin vəfatından az öncə dediyi son sözlər: "Namaza diqqət edilməsini, qadın haqlarının qorunmasını, idarə altındakılara yaxşı rəftar edilməsini, əmanətlərin ünvanına çatdırılmasını istədi”. (Camius-Sağir, c.3, s.188 / 3190) İnsanlıq ancaq bu öyüdlərə qulaq assa, bundan daha yaşamalı dünya yaratmaq istəyinə belə düşməz."Son cümləsini təzəcə bitirmişdi ki, qapı döyüldü. Gələn Həzrəti Cəbrail idi. Salam verdi və peyğəmbərlik vəzifəsinin başa çatdığını dedi. Sonradan qapıda daha bir qonağın olduğunu və əgər icazə verilsə, içəri girə biləcəyini dedi.
Peyğəmbər əfəndimiz "O kimdir?” deyə soruşdu. Həzrəti Cəbrail isə "Ölüm mələyi Həzrəti Əzrail” dedi. Həzrəti Peyğəmbər "Buyursun gəlsin, mən hazıram” dedi. Baş barmağını yuxarı qaldırdı; "Böyük Dosta” getdiyini söyləyərək ruhunu təslim etdi. Həzrəti Ayşə səsləndi, ancaq cavab ala bilmədi.
Həzrəti Peyğəmbərin mübarək gözündən bir damla yaşın süzüldüyünü gördü. Allahummə Ər-Rafiq əl-Ala (Allahım Uca Dosta!) - Hz. Məhəmməd (S.A.V)”
  • Sosial şəbəkədə paylaş