İlahiyyatçılardan Tale Bağırzadəyə dəstək, bəzi telekanallara etiraz artır - » Milliyet.Az

İlahiyyatçılardan Tale Bağırzadəyə dəstək, bəzi telekanallara etiraz artır -

Son günlər bəzi telekanallar islamçı cameəyə qarşı böhtan xarakterli xəbərlər yayımlayırlar

İlahiyyatçılardan Tale Bağırzadəyə dəstək, bəzi telekanallara etiraz artır -
Məsələ ilə bağlı ruhani Elxan Badkubei özünün sosial şəbəkə profilində yazıb: “Azərbaycandakı bəzi kanalların o cümlədən Xəzərtv və Atv xəyanət və yalan xarekterli xəbərlərlə Azərbaycan xalqının 80%-i təşkil edən Əhli Beyt( s ) tərəfdarları olan şiə məzhəbinin ardıcıllarını, o cümlədən məzhəbin liderlərindən sayılan Həzrət Ayətullah Nuri Həmadani, hətta Qafqazın şeyxi cənab Allahşükür Paşazadəni və prezident də daxil olmaqla təhqir etdiklərindən dolayı layiqi cəzalarını almalıdırlar. Dövlət orqanları bununla bağlı ciddi ölçü götürməlidirlər. Nurçu və sələfilərin beşiyi sayılan bu kanallar xalq arasında iğtişaş yaradaraq xalqımıza xəyanət etdiklərinə görə qanuni cəzalarını almalıdlrlar.
Niyə Xəzətv Qaracuxurdakı, Elmlərdəki və o cümlədən Şəhidlərdəki məscidlərdən Suriya və İraqa gedən İşid terror qruplarını xalqa göstərmirlər?! Bu kanalların hamısının bağlanması və məsul işçilərinin cəzalandırılması azından xalqı, içindəki bu düşmənlərin fitnəsindən azad etməkdir.”

Digər münasibəti Hacı Siyasət bildirib: “Allah Quranda buyurub. Ruhdan dusməyin və qemgin olmayin. Əgər möminsinizsə. Üstün olan sizsiz. (ali imran 139) Başqa ayədə isə buyurulur: “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz.”
Hətta bu barədə gözəl şeir də var:
“Ey Tanri sən hansı başı ucaltsan
Əyə bilməyəcək onu bir insan
Qəhrinlə hər kimin əysən boynunu
Kimsənin köməyi dikəltməz onu
Allah Təala buyururki, onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki kafirlərin xoşuna gəlməsədə Allah öz nurunu tamamlayacaqdır.
Polis bölməsində Tale Bağırzadə qardaşımıza və onun ətrafına qarşı olanları eşitdik və narahat olduq. Biz də, bu haqsızlıqları pisləyir və möminlərlə həmrəy olduğumuzu bildiririk. Allahdan istəyimiz budur ki, tezliklə Allah Təala küfrün və zülmün aradan getməsində xalqımıza yardım etsin!”

İlahiyyatçı Fərhad Mirzə də bu haqda bildirib: “Təbii ki, bu telekanal nə danışdığını bilmir. Aləmi qatıb-qarışdırdı bir-birinə. Heç dəxli olmayan müqayisələrlə sadəcə özünü ifşa etdi. Buna sərsəmləmək deyilir. Bunun sifarişçisi kimdirsə, o da sərsəm adamdır. Bunlar özlərini xalqa doğru xəbər verən kimi göstərsələr də, xalq da bunların həqiqətini, iç üzünü gördü. Hər kəs onları qınayır. Biz onların ittihamlarının heç birinə cavab verməyəcəyik. Sərsəmləməyə nə cavab verəsən. Hər şey gün kimi aydındır. Sadəcə biz onların kimə bağlı olduqlarını, hansı layihələri həyata keçirmək istədiklərini çox gözəl bilirik. Bunlar bununla sadəcə özlərini biabır etdilər. Hacı Tale və digər qardaşlara bunun qəti bir zərəri yoxdur. Günəşə palçıq yapışmadığı kimi Hacı Tale əzizimizə də belə sərsəm böhtanlar yapışmaz. Xalqın da gözü tərəzidir. Hacı Taleni də tanıyırlar, Əbu Bəkr Bağdadini də, Molla Öməri də. Bunlar gedib öz ağalarının əl öpməsindən, özlərinin nə qədər “vətənpərvər” olmasından danışsınlar.”
  • Sosial şəbəkədə paylaş