Aşura günü yoxa çıxan kənd mollası tapıldı » Milliyet.Az

Aşura günü yoxa çıxan kənd mollası tapıldı

Salyan rayonunun Kürsəngi kəndinin Aşura günü yoxa çıxmış 52 yaşlı mollası Böyükağa Məmmədov dünən axşam saat 22 radələrində evlərinə qayıdıb.
Aşura günü yoxa çıxan kənd mollası tapıldı

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna B.Məmmədovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, din xadimi evə dönməzdən 2 saat əvvəl iki gün ərzində bağlı olan mobil telefonundan qızına zəng vuraraq “narahat olmayın, evə qayıdıram” deyib.

Sonra B.Məmmədov özünə məxsus avtomaşınla evinə qayıdıb. Yaxınları onun başına gələnlər barədə söylədiklərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.

B.Məmmədov dünən axşam Salyan Rayon Polis Şöbəsinə çağırılıb və izahatı alınıb.
  • Sosial şəbəkədə paylaş