» » İrandan Səudiyyəyə sərt xəbərdarlıq


İrandan Səudiyyəyə sərt xəbərdarlıq

27-10-2015, 11:00
Oxunub: 773
Çap et
Şiə din alimi Şeyx Baqir Nimrinin edam edilməsi Səudiyyə Ərəbistanına baha başa gələcək.
İrandan Səudiyyəyə sərt xəbərdarlıq

milliyyet.az Bakunews.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahian deyib.

“Bu hadisə müsəlmanların hislərinə pis təsir edəcək və kütləvi reaksiyalara səbəb olacaq. Səudiyyə rejimi islam dünyasındakı gərginliyin artmasının qarşısını almaq üçün edamdan imtina etməlidir”, - XİN rəsmisi bildirib.

8 ay öncə Səudiyyə Ərəbistanı Cəza Məhkəməsi Şeyx Baqir Nimri barəsində edam hökmü verib. Ötən gün isə Kassasiya Məhkəməsi onun haqda edam hökmünü təsdiq edib.

Qeyd edək ki, Şeyx Baqir Səudiyyə Ərəbistanı və Bəhreyndə xalqı rejimə qarşı etirazlara təşviq etdiyi üçün 2012-ci ildə həbs olunub.



Reytinq: