Gəncə şəhəri bu cümə qanla yadda qaldı (Yeniləndi-1, Foto) » Milliyet.Az

Gəncə şəhəri bu cümə qanla yadda qaldı (Yeniləndi-1, Foto)

Gəncə şəhəri bu cümə qanla yadda qaldı (Yeniləndi-1, Foto)
Bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis zorakılıq tətbiq edib. İslamazeri.az-a daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib. Yürüşün qarşısı alınarkən Gəncə sakinlərinə güc tətbiq edilib, məscidin yanı və ətraf küçələrdə qan izləri hələ də qalmaqdadır. Yürüşün qarşısı alınan zaman 50-yə yaxın inanclı həbs olunsa da son məlumatlara görə bəziləri buraxılıb və hazırda 26 nəfər inanclı nəzarət altında saxlanılır. Həbs olunanlar arasında ilahiyyatçı kərbəlayi Musa da var. Məlumatı verən mənbə bildirir ki, saxlanılanlar axşam saatlarına qədər buraxılmasa polis bölməsinə doğru yürüş keçiriləcək. Qeyd edək ki, İslaminsesi.az saytı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılması barədə göstəriş verildiyini qeyd edib. Həmçinin Gəncə şəhərinin yerli komandası olan "Kəpəz"in "Xəzər Lənkəran"la oyunu da məhz Aşura Gününə salınıb. ***** ***** ***** 14.50 İslamazeri.az-a daxil olan məlumta görə, Şah Abbas məscidində zöhr azanı qadağan edildi. Günorta saatlarında məscidə getmək istəyən xanımlara polis mane olaraq, onları geri göndərib. Hazırda məscidin həyətində qara maskalılar görünməkdədir. Həmçinin sərbəst buraxılan inanclıların əməkdaşımıza bildirdiyinə görə, polislər saxlanılan gənclərə əzadarlıqla bağlı qadağanın şeyx Allahşükür tərəfindən verildiyini deyiblər. Saytımıza məlumat verən mənbə məsələyə aydınlıq gətirmək üçün QMİ-nə yollandıqlarını bildirib.
Gəncə şəhəri bu cümə qanla yadda qaldı (Yeniləndi-1, Foto)
  • Sosial şəbəkədə paylaş