Sumqayıt yolundan istifadə edənlərə xəbərdarlıq » Milliyet.Az

Sumqayıt yolundan istifadə edənlərə xəbərdarlıq

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.
Sumqayıt yolundan istifadə edənlərə xəbərdarlıq
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək. Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.
  • Sosial şəbəkədə paylaş