Ramazanda toy etmək olar? (VİDEO) » Milliyet.Az

Ramazanda toy etmək olar? (VİDEO)

Hacı Surxay: "İftardan əvvəl isə insanları toya dəvət etmək yolverilməzdir"

Ramazanda toy etmək olar? (VİDEO)Ramazan ayında toy etmək olar? ANS PRESS-in məlumatına görə, bu məsələyə ilahiyyatçı, Cümə məscidinin axundu Hacı Surxay Məmmədli “Günə Baxan”da aydınlıq gətirdi.

Bu il də Ramazan ayı yay ayalarına təsadüf edir və iftar saat 21:30-dan sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək yolverilməzdir.

“Bu çox mübahisəli bir məsələdir. İslam dini toylara qarşı çıxmır. Amma yayda Ramazan ayında iftarlar gec açılır. Toylar isə saat 17:00-da və 18:00-da başlayır. Oruc tutan insanları iftardan əvvəl toya dəvət etmək düzgün hesab edilmir. Ramazan ayında müqəddəs Qurani- Kərim nazil olduğu üçün bu ayda toylarda spirtli içki vermək olmaz. Bu ayda toylar ancaq o halda mümkün ola bilər ki, hamı iftar süfrəsinə yığılsın və süfrədə heç bir spirtli içki olmasın”.

Qeyd edək ki, Ramazan iyunun 18-dən başlayıb.

  • Sosial şəbəkədə paylaş