Hacı Şahin aydınlıq gətirdi: “Əvvəl oruc açılmalı, yoxsa namaz qılınmalı?” - VİDEO » Milliyet.Az

Hacı Şahin aydınlıq gətirdi: “Əvvəl oruc açılmalı, yoxsa namaz qılınmalı?” - VİDEO

Hacı Şahin aydınlıq gətirdi: “Əvvəl oruc açılmalı, yoxsa namaz qılınmalı?” - VİDEOTanınmış ilahiyyatçı Hacı Şahin Həsənli müqəddəs Ramazan ayı ilə əlaqədar ANS TV-də yayımlanan “Salam, Azərbaycan!” verilişinin qonağı olub.

Azərbaycanlı din xadimi canlı efirdə tamaşaçıların Ramazan ayı ilə, oruc ibadəti ilə bağlı suallarını cavablandırıb.

Tamaşaçılardan biri hər Ramazan ayının iftar vaxtı onları gözlətdiyini və bu müddətdə namaz qıldığını vurğulayaraq, bunun düzgün olub-olmadığını soruşub.

İlahiyyatçı isə suala bu cür cavab verib: “Namazı iftardan əvvəl də qılmaq olar, sonra da. Əgər ailədə kimsə namazı iftardan əvvəl qılırsa, məcbur deyil, digərləri o vaxta qədər iftarlarını təxirə salsınlar. Onlar iftarlarını açıb onu süfrə arxasında gözləyə bilərlər.”

Hacı Şahin Həsənli qısa olaraq, seçimin oruc tutan şəxsə aid olduğunu bildirib. Yəni, istəsə namazı əvvəl qıla bilər, istəsə iftarı əvvəl aça bilər.

  • Sosial şəbəkədə paylaş