» » Mübariz Qurbanlıdan dini icma sədrlərinə - Çağırış


Mübariz Qurbanlıdan dini icma sədrlərinə - Çağırış

29-05-2015, 19:08
Oxunub: 662
Çap et
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.
Mübariz Qurbanlıdan dini icma sədrlərinə - Çağırış
Komitədən milliyyet.az-a verilən məlumata görə, bu məqsədlə mayın 29-da maliyyə yardımı ayrılan ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda çıxış edən Komitə sədri Mübariz Qurbanlı ayrılan maliyyə vəsaitinin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcəyini bildirib. O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb.

Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.

Dövlət Komitəsinin sədri həmçinin dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.

Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan Komitəyə 2,5 milyon manat vəsait ayrılıb.
- See more at: http://axar.az/news/53704#sthash.VCE8hP9O.dpuf



Reytinq: