» » Yoxa çıxan islamçı məhbusların yaxınlarına heç bir məlumat verilmir


Yoxa çıxan islamçı məhbusların yaxınlarına heç bir məlumat verilmir

30-12-2014, 22:45
Oxunub: 814
Çap et
İslamçı məhbuslardan bir xəbər yoxdur; onların harada olduqları haqda bir məlumat verilmir; onların ailələri ciddi narahatdırlar; müvafiq qurumlar da bu məsələdən boyun qaçırırlar..

Yoxa çıxan islamçı məhbusların yaxınlarına heç bir məlumat verilmir
Milliyət.az islamazeri.az-a istinadən xəbər verir ki, 14 saylı CM-də məhkumun öldürülməsindən sonra dustaqlar həbsxana daxilində etiraz aksiyası keçiriblər. Etiraz aksiyasını keçirən dustaqlar arasında islamçı məhbuslar da olub. Baş verən hadisənin təfərrüatları gizlədilərək, haqsızlığa etiraz edən islamçı məhbusların da həyatını təhlükəyə atıblar.

Məlum hadisədən sonra islamçı məhbuslar həbsxanadan yoxa çıxıb. Hətta mətbuatda yayılan məlumatlara görə, islamçı məhbus Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və bir neçə məhbusların "Tubzon"a göndərildiyi deyilir. Bu cəzaçəkmə müəssisəsinə məhbuslar xüsusi olaraq aparılır və döydürülür.

Məsələ ilə bağlı islamçı məhbus A.Quliyevin qardaşı Azər Quliyevin islamazeri.az-a verdiyi açıqlamaya görə, qardaşı da daxil olmaqla digər islamçı məhbusların harda olduğu bildirilmir:
“Həbsxanadakı məhkumun öldürülməsindən sonra dustaqların, xüsusən, islamçı məhbusların başına gəlmədikləri oyun qalmayıb. 2 gün bundan öncəyə qədər qardaşım Arazla danışmışam, hər şeyin qaydasında olduğunu deyib. Axrıncı dəfə bir ay bundan əvvəl görüşmüşəm. Amma artıq 2 gündür ki, əlaqə saxlaya bilmirəm. Həbsxanadan deyirlər ki, xəstəxanaya yollanıblar. Xəstəxanadan da görüşə də icazə vermirlər. Əgər həqiqətən xəstəxanadadırsa, qardaşlarımızı görək, ürəyimiz də rahat olsun. Çox güman edirəm ki, qardaşımla birgə daha 4 nəfər islamçı məhbus “kars”a salınıb, bizə məlumat verilmir.”
Azər Quliyev əlavə edib ki, məsələ ilə bağlı müvafiq orqanlara şikayət etsə də, şikayətinə də baxılmır. Hətta qurumlar islamçı məhbusların yaxınları ilə görüşmədiklərini bildiriblər: “Mədət Quliyevin qəbuluna getmək istəyirdik, bizə dünən dedilər ki, sabah saat 10:00-da qəbula gəlin. Bu gün yoxa çıxan islamçı məhbusların yaxınları ilə birlikdə deyilən vaxtda getdik. Bizi qəbul etmədilər. Dedilər, biz sizi qəbul edə bilmərik. Sonra gəldik Ədliyyə Nazirliyinə dərdimizi deməyə, burda da dedilər ki, bu məsələ bizlik deyil. Biz bu məsələlərə baxmırıq. Daha sonra Prezident Aparatına getdik. Bizə bu haqda məlumatsız olduqlarını bildirdilər. Həbsxanada məhkumun öldürülməsindən bixəbər şəkildə bizimlə davrandılar. Ordan bizi Baş Prokurorluğa göndərdilər. Baş prokurorluq da bizi Bakı şəhər Prokurorluğunua göndərib. Bizi belə-belə mədəni surətdə yola verirlər. İndi hazırda İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun qəbuluna gedirik.”



Reytinq: