» » İlahiyyatçı hacı Şahin Həsənli gənclərə təşəkkür etdi


İlahiyyatçı hacı Şahin Həsənli gənclərə təşəkkür etdi

11-04-2015, 20:56
Oxunub: 1972
Çap et
Şahin Həsənli: “Xüsusilə Həzrəti Məryəm və Həzrəti Fatiməyə aid bukletlərin paylanılması mədəniyyətlər və dinlər arası dialoqun güclənməsinə xidmət edir”
İlahiyyatçı hacı Şahin Həsənli gənclərə təşəkkür etdi
“Azərbaycanlı gənc tələbələrin Xanım Məryəm(s.ə) və Xanım Fatimə (s.ə)-nın tanıtdırılması ilə bağlı dünyanın 50-dən çox universitetində keçirdikləri kampaniyanı olduqca müsbət dəyərləndirirəm.”

milliyyet.az xəbər verir ki, bu sözləri İnterAz-a tanınmış ilahiyyatçı alim Şahin Həsənli İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) qızı Fatimeyi-Zehra(s.ə)-nın mövlud günü münasibəti ilə azərbaycanlı tələbələrin dünyanın 50-dən çox universitetində keçirdikləri tanıdım kampaniyasına münasibət bildirərkən qeyd edib.

İlahiyyatçının sözlərinə görə, Əhli-Beyt(ə)-ın dünyaya tanıtdırılması olduqca mühüm bir məsələdir: “Çünki bu şəxsiyyətlər təkcə bir xalqa, millətə və dinə mənsub şəxslər deyillər. Bunlar əslində bəşəriyyətə məxsus şəxslərdir və onların missiyası bütün insanlığa xidmətdən ibarətdir. Xüsusilə Həzrəti Məryəm və Həzrəti Fatiməyə aid bukletlərin paylanılması mədəniyyətlər və dinlər arası dialoqun güclənməsinə xidmət edir. ”

Sonda Şahin Həsənli bildirdi ki, gənclər tərəfindən irəli sürülən bu təşəbbüs olduqca bəyənilən əməldir: “Mən də öz növbəmdə bu kampaniyanı təşkil edən hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.”



Reytinq: