» » İlahiyyatçı bank faizlərindən danışdı


İlahiyyatçı bank faizlərindən danışdı

9-04-2015, 16:24
Oxunub: 722
Çap et
İlahiyyatçı bank faizlərindən danışdı"İbadət əhlinin bu gün qarşılaşdığı ən böyük problem bank sistemi ilə əlaqəlidir"
Bu gün banka kredit borcu olmayan yoxdur. Baxmayaraq ki, İslam dini bütün növləri və miqdarları ilə faizi qadağan edib və haram bilib. Qurandan əvvəl Tövrat və İncil də faizi qadağan edib. Amma nədənsə din alimlərinin bu mövzuda fikirlərinə, fətvalarına rast gəlmirik.

milliyyet.az-ın məlumatına görə, mövzuya toxunan ilahiyyatçı İsmayıl Əhmədov hər il İslam və müsəlman ölkələrində doktorantura dərəcəsini alan yüzlərlə alimin elmi iş müdafiə etdiyini bildirdi:

"Bəs onların elmi işləri hara gedir? Kimin üçün yazırlar? Müsəlman dünyasının, xüsusilə ibadət əhlinin bu gün qarşılaşdığı ən böyük problem bank sistemi ilə əlaqəlidir. Bu gün demək olar ki, hər ailənin banklara borcu var. Amma hələ də bir din alimi (xüsusilə mərcə təqlid) lizinq, ipoteka, kredit barədə ayrıca kitab yazıb öz müqəllidlərinə təqdim etmirlər? Nə üçün?

Çəyirtkə ovu və icrası mümkün olmayan yüzlərlə hökm barədə yazılan bir kitabda nə üçün belə bir mühüm məsələyə yer verilmir?! İndi deyəcəklər sən sual göndər, cavab versinlər... Bəyəm çəyirtkə barədə sual göndərən olmuşdu ki, haqqında ayrıca fəsil ayrılıb? Nə üçün din alimləri həmin doktorlardan məsləhət almırlar, öyrənmirlər? Bu təqlidin nə inkarı, nə də sual altına aparılması anlamına gəlir. Sadəcə əgər İslam zaman və məkana cavab verəcək bir dindirsə bu günün suallarına da cavab verməlidir!

Qeyd edək ki, ərəb dilində riba sözü lüğətdə, artma, çoxalma, böyümə mənalarını verir. Dilimizdə riba mənasına gələn sələm və faiz eynimənalıdır. Fiqh termini olaraq faiz, pul və hər hansı malın öz cinsi ilə mübadiləsində verən tərəfin təyin olunmuş müddətdə qarşı tərəfdən verilən şey qarşılığında əlavə dəyərin tələb edilməsinə deyilir. İslamın zühur etdiyi dövrdə borc verilən pula “rə’sul-mal” (əsas pul), qoyulan vədə sonunda verilən əlavəyə isə “riba” (sələm, faiz) deyilirdi.


Mənbə
ANS PRESS



Reytinq: