» » Bu gün Xanım Fatimənin (s.ə) şəhadət tarixidir


Bu gün Xanım Fatimənin (s.ə) şəhadət tarixidir

24-03-2015, 11:57
Oxunub: 1449
Çap et
Bu gün Xanım Fatimənin (s.ə) şəhadət tarixidirBu gün, Cəmadiul-əvvəl ayının 13-də, İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) şəhadət günüdür.

milliyyet.az-ın SalamNews-a istinadən məlumatına görə, Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-də dünyaya gəlib. Bu zaman Peyğəmbərin (s) 45 yaşı olub.

Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: "Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."

Xanım Fatimə hicri 11-ci ilin Cəmadiul-əvvəl ayının 13-də, Peyğəmbərin (s) vəfatından 75 gün sonra şəhid olub.

Bildirək ki, həzrəti Fatimənin şəhid edilən günü hicri qəməri tarixilə cəmadiul-əvvəl ayının 13-ə təsadüf edir. Amma bəzi tarixçilər o həzrətin şəhid edilməsini növbəti ayın 3-də baş verdiyini deyiblər. Müsəlman dünyası bu iki fərqli tarixin arasında yer alan 20 günü “Fatimiyyə Günləri” kimi qeyd edir.

Bu hüznlü, Xanım Fatimənin (s.ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.



Reytinq: