» » Azərbaycanda gözdən əlillər Qurani-Kərimi oxuya biləcəklər


Azərbaycanda gözdən əlillər Qurani-Kərimi oxuya biləcəklər

16-03-2015, 16:42
Oxunub: 873
Çap et
Azərbaycanda gözdən əlillər Qurani-Kərimi oxuya biləcəklərAzərbaycanda görmə problemi olan insanlar üçün əlifba nəşr olunacaq.

milliyyet.az xəbər verir ki, bu barədə Publika.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edərkən bununla bağlı mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Komitə sədri bildirib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə nəşr olunması yaxın zamanda həyata keçiriləcək.



Reytinq: